Azay Quliyev ATƏTin tədbirlərində iştirak edəcək

02.12.2024

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev sabah Maltanın Valetta şəhərinə səfər edəcək.

Bu barədə Gununsesi.info -ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, səfər çərçivəsində deputat ATƏT PA-nın Büro və ATƏT-in Nazirlər Şurasının iclaslarında iştirak edəcək. Tədbirlərdə ATƏT PA-nın fəaliyyəti, prosedur qaydaları və seçkilərin müşahidəsi işi barədə müzakirələr aparılacaq.

Səfər dekabrın 6-da başa çatacaq.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью