Azay Quliyev Helsinkiyə gedir

22.01.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun büro iclasında iştirak etmək üçün yanvarın 23-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, millət vəkili ATƏT Parlament Assambleyasının yanvarın 24-də keçiriləcək Büro iclasında qaldırılacaq məsələlərin müzakirəsinə qatılacaq.

Səfər yanvarın 25-də başa çatacaq.

Redaktor.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью