Azay Quliyev Rumıniyada FOTOLAR

18.05.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Bu gün Buxarestdə ATƏT PA-nın qısa müddətli müşahidə missiyasının proqramına uyğun olaraq Rumıniyada mayın 18-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı vəziyyəti müzakirə etdik. ATƏT-in Demokratiya və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, həmçinin prezidentliyə namizədlərin təmsilçiləri ilə görüşdük.

Gununsesi.info xəbər veri ki, bu sözləri millət vəkili Azay Quliyev öz facebook hesabında paylaşıb.

“Görüşlər zamanı seçki kampaniyası, seçici siyahısının dəqiqliyi, sabahkı səsvermə və səslərin hesablanması proseduru ətrafında geniş fikir mübadiləsi apardıq”, – deyə millət vəkili bildirib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью