AZCHEMCO şirkəti COP29da stendlə təmsil olundu VİDEO

11.11.2024

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Azərbaycanda gübrələrin və bitkilərin mühafizə vasitələrinin ilk yerli istehsalçısı olan "AZCHEMCO" şirkəti COP29-da stendlə təmsil olunub.

Sfera.az xəbər verir ki, sərgidə şoranlaşmış və quru torpaq növlərinin bərpası, habelə kənd təsərrüfatında içməli sudan istifadənin minimallaşdırılması layihələri və həlləri təqdim edilib.

Şirkətin təsisçisi Levent Özdemir layihələr haqqında məlumat verib.

Təqdimat zamanı "AZCHEMCO" şirkətinin direktoru Ruslan Akçurin və  “Tusi Bohm” planetariumunun direktoru Famil Mustafa da iştirak edib.

L.Özdemir bildirib ki, bu layihə sayəsində Azərbaycandakı əkinə, ümumiyyətlə, yararlı olmayan sahərlərdən belə əkin üçün istifadə ediləcək.

Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью