AZCON Holdinqdə yeni təyinat

12.06.2025

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinat olub.

Hurriyyet.az xəbər verir ki, Səməd Seyidov AZCON Holding-də Keyfiyyətin idarə edilməsi üzrə rəhbər vəzifəsinə təyin edilib.

O, eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azerbaijan International Telecom (AzInTelecom)” MMC-nin direktorunun müşaviridir.

Səməd Seyidov Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə, İqtisadçı-menecer ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin təşkili və İdarəolunması ixtisası üzrə magistr təhsili alıb.

S.Seyidov “AzMeCo” MMC-də Keyfiyyət üzrə Menecer, “Aztexnika” MMC-də Keyfiyyət şöbəsinin Müdiri, “Gilan Construction Group” MMC-də Keyfiyyət üzrə Menecer, “İncert” MMC-də İdarəetmə sistemləri üzrə məsləhətçi, “PMD Projects” MMC-də Keyfiyyət Təminatı Rəhbəri vəzifələrində çalışıb.

Qeyd edək ki, Səməd Seyidov Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Məhərrəm Seyidovun oğludur.

©Banker.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью