AZCON modeli nədir? Mütəxəssis AÇIQLADI

18.05.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlum olduğu kimi, Azərbaycan Texniki Universitetinin nəzdində AZCON Mühəndislik və Texnologiya Məktəbi fəaliyyət göstərəcək. 

Bəs bu formada olan məktəblərin əhəmiyyəti nədən ibarətdir?

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, belə imkanların yaradılması, məktəblərin təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərməsi müsbət qarşılanmalıdır:

"Nəzərə alaq ki, burada bizim vətəndaşlarımıza müvafiq istiqamətlər üzrə bilik və bacarıqlar öyrədilir və onların peşəkar mütəxəssis kimi hazırlanması üçün uyğun proqramlar tətbiq olunur Hazırda yeni yaradılacaq AZCON Mühəndislik və Texnologiya Məktəbi Azərbaycan Texniki Universitetinin tərkibində fəaliyyət göstərəcək. Bu yenilik isə təhsil alan tələbələr üçün daha uyğun və əlverişli imkan yaradır".

Həmsöhbətimiz vurğuladı ki, belə məktəblər bir sıra universitetlərimizdə də fəaliyyət göstərir:

"Yəni həm beynəlxalq ikili diplom proqramları çərçivəsində, həm də müxtəlif universitetlərimizin bir-biri ilə əməkdaşlığı əsasında tələbələr paralel şəkildə həmin məktəblərə qoşularaq müvafiq bilik və bacarıqlar əldə edirlər. Ümumilikdə, bu cür yanaşmalar tələbələrin seçdikləri ixtisas istiqaməti üzrə daha peşəkar kadr kimi hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Bu isə təkcə ölkəmizin tədris proqramlarının deyil, eyni zamanda beynəlxalq və digər ölkələrin tədris proqramlarının öyrənilməsi baxımından da vacibdir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью