AzDrama dan aktrisa qalmaqalı ilə bağlı açıqlama! | Icma.az
Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq. AzDrama-dan aktrisa qalmaqalı ilə bağlı açıqlama!
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı son günlər mediada əməkdaşlarının verdiyi müsahibələrlə bağlı açıqlama yayıb.OLAY yazır ki, açıqlamada bu ifadələr yer alıb:“Martın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin "Baş" romanı əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb.
Tamaşanın quruluşçu rejissoru - Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün gənc və istedadlı aktrisa Günəş Tegini dəvət edib.Tamaşanın hazırlanması ilə bağlı əmr kollektivə elan olunandan sonra əməkdar artist Mehriban Xanlarova müsahibəsində bu faktla bağlı etirazını bildirib.
Daha sonra teatrın digər aktyorları - Xalq artisti Əli Nur və əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkə hesablarında və saytlarda öz etirazlarını bidiriblər.
Bu gün Akademik Milli Dram Teatrı bir neçə istiqamətdə öz strategiyasını və yaradıcı hədəfini müəyyənləşdirib.
Bura teatr irsinin qorunması, beynəlxalq əlaqələrin genişlənməsi, müasir tamaşaçı tələbinə cavab verən repertuar planının tərtibi, gənc, perspektivli və istedadlı aktyorların truppaya cəlb olunması və s.
daxildir.Son iki ildə teatr ciddi uğurlara imza atıb. Aleksandrinski Teatrında "İblis və..." tamaşasının premyerası keçirilib.
Bu, Azərbaycan teatr tarixində olmayan hadisədir. Belarus və Gürcüstan milli teatrları ilə Memorandum imzalanıb.
Tam oxu
Xəbəri oxu