Azdramda dava nəyin üstündə düşüb? Açıqlama

08.04.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası keçirilib. İclas zamanı rolların müzakirəsi ilə bağlı iki aktyor arasında müəyyən fikir ayrılığı və gərginlik yaşanıb.

Bu barədə Kult.az-a Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı deyib.

Onun sözlərinə görə, hadisə tamaşanın afişası, rejissorun səhnə işinə yanaşması və aktyor oyunu ilə bağlı yaradıcı məsələlərin müzakirəsi zamanı baş verib:

“Fikir ayrılığı sırf yaradıcılıqla bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarı ilə davam edir. Eyni anda üç tamaşanın məşqi aparılır. Hüquq-mühafizə orqanlarına hər hansı müraciət faktı qeydə alınmayıb”.

Qeyd edək ki, bundan öncə teatrın Bədii Şurasının iclasında xalq artisti Əli Nurun çıxışının davaya səbəb olduğu xəbərləri yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью