Azəbaycanda kişini öldürüb kanala atdılar Ata oğul TUTULDU

16.02.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 66 yaşlı Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub.

Lent.az-ın xəbərinə görə, Mirhəsən Seyidovun qonşuları - 45 yaşlı Elşad Elbrus oğlu Abbasov və onun 20 yaşlı oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью