Azekon Construction məcburi auditdən yayındı 1500 manat cərimə

06.10.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

“Azekon Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü il üzrə maliyyə hesabatlarının məcburi auditini keçirmədiyinə görə 1500 manat cərimələnib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

İş materiallarına əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub. Protokolda şirkətin 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditinin aparılmadığı göstərilib.

Məhkəmə iclasının vaxtı və yeri barədə şirkətə qanunvericiliyə uyğun məlumat verilsə də, “Azekon Construction” MMC-nin nümayəndəsi iclasa gəlməyib. Şirkət tərəfindən auditin keçirilməsini təsdiq edən sənədlər də məhkəməyə təqdim edilməyib.

Məhkəmə hesab edib ki, qanunvericilikdə nəzərdə tutulan hallarda məhdud məsuliyyətli cəmiyyətlər illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditor cəlb etməlidirlər.

Məhkəmənin qənaətinə görə, “Azekon Construction” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün ən gec 2025-ci ilin sonunadək auditor cəlb etməli idi. Şirkətin bunu etməməsi məcburi auditdən yayınma kimi qiymətləndirilib.

Qərarda həmçinin bildirilib ki, şirkətin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməyib.

Nəticədə məhkəmə “Azekon Construction” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib və şirkətə 1500 manat cərimə tətbiq edib.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Azekon Construction” MMC-nin qanuni təmsilçisi Cavadov Natiq Firudin oğludur.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью