Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Azelektromaş" ASC 2025-ci il 197 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 181 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il ASC-nin xalis mənfəəti təxminən 16 min manat və ya 8,6% artıb.
Marja.az xəbər verir ki, "Azelektromaş"ın gəlirləri 2024-cü ildə 2 milyon 7 min manat ikən, 2025-ci ildə 1 milyon 439 min manata düşüb (568 min manat və ya 28,3% azalıb).
Şirkətin xərclərinin gəlirlərindən daha çox azalması hesabına xalis mənfəəti artıb.
Qeyd edək ki, "Azelektromaş" şirkəti müxtəlif təyinatlı istehsal və tikinti işlərini təklif edir.