Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Misli” bütün reklam çarxlarında özünü Azərbaycan Premyer Liqasının baş sponsoru olraq təqdim edir.
Bəs bu yekəxana reklamın arxasındakı cılızlıq nə boydadır?..
Mia.az Poliqon.info-ya istinadla xəbər verir ki, aprelin 11-də keçirilən AFFA-nın hesabat yığıncağında Azərbaycan futbolunun və mərc dünyasının bir çox gizlinləri ortaya çıxıb.
Onlardan biri də AFFA-nın Premyer Liqaya sponsorların ayırdığı pullar barədə olan hesabat oldu.
Açığı deyək ki, sponsarların ayırdığı vəsait sıralamasında baş sponsorun yeri o qədər gülməli və bir o qədər də ağlamalıydı ki, vəziyyəti tragikomediya belə adlandırmaq olmur.
Bu tragikomediyadan da betər bir şeydi. Yəni betərin betəri...
İlk növbədə qeyd edək ki, hesabata görə Azərbaycan futbolunun əsas sponsoru SOCAR-dır. Yəni dövlət...