Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli tam orta məktəbdə qəsəbə sakinləri ilə görüş keçirib.
Newscenter.az xəbər verir ki, görüşdə məktəb rəhbərliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin Kürdaxanı qəsəbəsi üzrə icra nümayəndəsi, Kürdəxanı bələdiyyəsinin sədri və qəsəbə sakinləri iştirak ediblər.
Tədbir zamanı sakinlər əsasən kommunal strukturların, xüsusilə su və kanalizasiya təchizatı xidmətləri, o cümlədən yol infrastrukturunun vəziyyəti, ictimai nəqliyyatın fəaliyyəti və digər sosial məsələlər barədə danışıblar.
Deputat Azər Allahverənov sakinlərin müraciətlərini diqqətlə dinləyib, qaldırılan hər bir məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyini və görüləcək işlərin nəzarətdə saxlanılacağını əminliklə bildirib.
O, vurğulayıb ki, Kürdəxanı qəsəbəsində yaşayış şəraitinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və sosial rifahın yüksəldilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər ardıcıl və davamlı xarakter daşıyır.
Deputat əlavə edib ki, bu istiqamətdə görülən işlərin miqyası gələcəkdə daha da genişlənəcək, sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin olunması üçün bütün zəruri addımlar atılacaqdır.
Süleyman