Azər Allahverənov Nardaran qəsəbəsində vətəndaşları qəbul edib

22.06.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında sakinlərlə görüş keçirib.

Xalqcebhesi.az xəbər verir ki, qəbul zamanı sakinlər tərəfindən məşğulluq imkanlarının artırılması, sosial rifahın yaxşılaşdırılması, eləcə də sənədsiz yaşayış evləri ilə bağlı mövcud problemlərin həlli istiqamətində müraciət və təkliflər səsləndirilib.

Deputat Azər Allahverənov vətəndaşların müraciətlərini dinləyərək bildirib ki, hər bir məsələ diqqətlə araşdırılacaq və aidiyyəti qurumlar qarşısında qaldırılacaq. O qeyd edib ki, sakinlərin üzləşdiyi problemlərin həlli ilə bağlı müvafiq addımların atılması üçün müraciətlər nəzarətdə saxlanılacaq.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью