Azər Aydəmir xanımı barədə danışdı VİDEO

12.08.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aktyor Azər Aydəmir ailə qurmasından və xanımı ilə münasibətindən danışıb.

"Yeni Sabah" xəbər verir ki, aktyor uşaqlıqdan tək böyüdüyünü, aktiv həyat sürdüyünü deyib.

Onun sözlərinə görə, xanımı ilə dostları sayəsində tanış olub. pizza sifarişi

“Sevgi, hörmət öz yerində. Amma anladım ki, o, mənim adamımdır. Anladım ki, onunla ailə qurmalıyam. Deyirlər, qız atasına oxşayan kişiləri, oğlan da anasına bənzəyən qadınları seçir. Onda anama bənzəyən xüsusiyyətlər var idi. Ailəmin yenidən bərpa olunmasını hiss etdirən amillər də vardı” deyə, Azər bildirib.

Aktyor ailə həyatının şəxsi tərəflərini nümayiş etdirməyi sevmədiyini də vurğulayıb:

“Ailəmin görünməsinin tərəfdarı deyiləm. Özləri də bunu istəmirlər”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью