Azər Badamov seçiciləri ilə görüşüb

05.07.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Milli Məclisin deputatı Azər Badamov Girik kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Newscenter.az xəbər verir ki, qəbul zamanı kənd sakinləri tərəfindən əsasən elektrik təsərrüfatının qəzalı vəziyyətdə olması, Samur-Həzrə asfalt yolunun xətlənməsi, mülkiyyətlərində olan torpaq sahələrində əkdikləri ağacların kəsilməsi ilə bağlı narahatlıqlar, eləcə də digər sosial və məişət xarakterli məsələlər qaldırılıb.

Qəbul zamanı vətəndaşların bütün müraciətləri diqqətlə dinlənilib, hər bir məsələ ayrı-ayrılıqda araşdırılıb və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib Qaldırılan müraciətlər nəzarətə götürülərək aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onların problemlərinin yerində öyrənilməsi və operativ həllinə nail olunması dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səyyar qəbulların keçirilməsində əsas məqsəd də məhz sakinləri narahat edən məsələləri birbaşa yerində dinləmək, onların müraciətlərinə çevik baxılmasını təmin etmək və mövcud problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsidir.

Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью