Azər Bağırov 0:0 ı belə şərh etdi

13.04.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 30-cu turunda Tovuzda "Araz-Naxçıvan"la qolsuz bərabərliyə razılaşan "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

- Çempionatın liderlərindən birinə qarşı möhtəşəm oynadıq. Yaratdığımız qol epizodlarını qola çevirə bilməsək də, uşaqlara tşkkkür edirəm. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik.

- Rati Ardazeşvili ilə Luis Paçunu əvəzləməyinizin səbəbi idi? Yorulmuşdular, yoxsa başqa səbəb var?

- Oyunun gedişatı yenilənmə tələb edirdi. Onları təhlükəyə ata bilmərik. Hücumda sürəti artırmaq istədik. Bu, bəzi epiozdlarda alındı. Son nöqtəni qoya bilmədik. Sonradan meydana daxil olanlar oyuna pis qoşulmadı.

- Camal Cəfərov 3 epizodda fərqlənə bilmədi. Sizcə, qol vurmaq üçün çatmadı?

- Texniki keyfiyyətlərdir. Camal yaxşı fiutbolçudur. Qol duyumunda geri qaÇoxdandır oynamamağı buna səbəb ola bilər.

- Mahammadu Banın durumu necədir?

- Sabahdan məşqlərə başlayacaq. "Sabah"la matçda ciddi zədə almışdı. Ümumi durumu normaldır. Qırıq-çıxıq yoxdur. Topuğunda şiş var idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью