Azər Bağırov Araz Naxçıvan la oyunu belə şərh etdi

20.09.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində evdə “Araz-Naxçıvan”ı qonaq edən “Şamaxı” 2:1 hesabı ilə qalib gəlib.

Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Şamaxı”nın baş məşqçisi Azər Bağırov matç haqda fikirlərini bildirib:

"İlk növbədə ölkəmizin suverenliyi günü münasibətilə xalqımızı təbrik edirəm. Şəhidlırimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı versin. 
Azarkeşlərimizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Komandam bu gün futbol oynamağa çalışdı. Çalışıram hakimlik haqda danışmayım. Düzdür, bəzən emosional anlar olur. İndi danışdıqca yadıma düşür ki, əvvəlki turlarda elə epizodlar olub ki, lehimizə penalti verilə bilərdi. Ancaq ilk 5 turda belə imkanımız olmamışdı. Bu gün isə məhz 2 penalti sayəsində qələbə qazandıq. 
Ayman Buali zədəli olduğu üçün bizə kömək edə bilmədi. Mikro zədəsi var, məşqdə xəsarət aldı.
Motivasiya çox önəmlidir. Ən güclü cəhətimiz budur".

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью