Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Kəpəz" Misli Premyer Liqasının 13-cü turunda səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm.
Allah şəhidlərimizə rəhmət eləsin. Gərgin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Heç vaxt heç-heçə barədə düşünmək istəmirik.
Komandada qələbə ruhunu yaşatmaq istəyirəm. Amalımız döyüşkən komanda yaratmaq, heç kimdən çəkinməməkdir.
- Hakimliklə bağlı fikriniz necədir? - Rəşad Əhmədov ötən mövsüm 26-cı turda cəzalandı, sonra 10 tur təyinat almadı.
Yəqin ki, səbəbləri var idi. Bu gün də VAR-da Rəşad əyləşmişdi. Yaxşı bir şey gözləmirdim. - Milli fasilə komandanıza necə təsir edəcək?
- Üstün cəhəti də ola bilər, mənfi cəhəti də. İnanıram ki, fasilə xeyrimizə işləyəcək. Oyundan-oyuna komandada döyüşkənlik artır.