Azər Bağırov: Bəzi məqamlar var ki, istədiyimiz kimi deyil

16.10.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Kəpəz"in baş məşqçisi Azər Bağırovun Sport24.az-a müsahibəsi.

- Millinin oyunlarına görə yaranan fasilə işinizə yaradı? 
- Təxminən iki həftəlik pauzadan maksimum yararlanmağa çalışdıq. Son turda "Qarabağ"la oyunun nəticəsi məşqçi heyətinin narazılığına səbəb olmuşdu. Düşündük ki, kondisianı qaldırmalıyıq. Keçən həftə 5 günə 7 məşq keçdik. Bununla da keyfiyyətimizi qaldırmaq istədik.

- Artıq təyinatınızın üstündən 2 həftə vaxt keçib. futbolçuların fiziki durumundan narazı idiz. Bu çatışmazlığı aradan qaldıra bildiz?
- Düşünürəm ki, məşqdən-məşqə çatışmazlıqlar aradan qalxacaq. Fikrimcə, məşqdən də vacib rəsmi oyundur. Qarşıdakı turlarda komanda necə təsir bağışlayacaq? Qısa müddətdə gördüyümüz işin nəticəsi onda bilinəcək. İnşallah, hər şey bizim istədiyimiz kimi olar.

- Komandanın heyəti sizdən əvvəl komplekləşib. Kollektivdə dəyişiklik gözlənilir? 
- Hazırkı heyətlə davam edirik. Müəyyən dəyişikliklər gözlənilir. Bəzi məqamlar var ki, istədiyimiz kimi deyil. Ancaq məcburən futbolçular bizim fəlsəfəmizə, biz də onlara uyğunlaşmalıyıq.

- Hazırda hansısa futbolçu ilə danışıq aparırsız?
- Yox. Nə futbolçu, nə də hansısa agentlə danışıq getmir.

- Növbəti turda "Şamaxı" ilə üz-üzə gələcəksiz. Bu oyundan gözləntiniz?
- İnşallah, "Kəpəz" üçün xeyirlisi olar. Futbolçular oyunun əhəmiyyətini dərk edir. Hər matça ciddi yanaşıb, maksimum nəticə qazanmaq istəyirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью