Azər Bağırov: “…çətinlik yaşadıq” İdmanXəbər

04.12.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/8 finalında “İmişli”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb. 

İdmanxeber.az-ın məlumatına görə, o deyib: “Bizim üçün oyun çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu. Birinci hissədə qol epizodlarımız da oldu. Amma reallaşdıra bilmədik.

Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü “Zirə” ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью