Azər Bağırov: “Danışanda əzilmiş kimi sayılırıq” | Icma.az
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasının XVI turunun "Kəpəz" - "Zirə" matçından (0:4) sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Heç olmasa 2 qol vurmalı idik. Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən hakim qərarsızlığı oyunumuza yaxşı təsir göstərmədi.
Əks-hücumda qol buraxdıq. Üzücü oyun oldu. "Zirə"ni təbrik edirəm".
- Oyunun əvvəlində Ehtiram Şahverdiyevə qarşı kobulduq olan epizodun təkrarını izləmisiz? - Əlbəttə baxmışıq.
Rəqib Ehtiramı yüz faiz dartır, vurur. Hakimlər zəif komandalara qarşı hansısa qərarı verəndə düz olurlar. Bu barədə danışmaq istəmirəm.
Danışanda əzilmiş kimi sayılırıq. - Luis Paçunun zədələnməsi oyununuza təsir etdi? - Deməzdim. Orxan Əliyevin yüz faizlik 3 epizodu oldu.
O epizodlardan maksimum yararlanmalı idi. Həmişə demişəm, oyuna köklənmək çox önəmlidir.
Tam oxu
Xəbəri oxu