Azər Bağırov: “Döyüşkən kollektiv yaratmışıq”

16.10.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Şamaxı" Misli Premyer Liqasının VIII turunda doğma meydanda "Şəfa"nı 3:2 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Çox maraqlı oyun oldu. Bu qələbəni Qaxdan gələrkən yol qəzasında həyatını itirən gənc futbolçumuz Seyidəli Babazadəyə həsr edirəm. Bizim akademiyanın futbolçusu idi. Allah rəhmət eləsin. Bütün azarkeşlərimizi təbrik edirəm,  "Şəfa"ya uğurlar arzulayıram".

- "Şamaxı" 7 oyundur ki, uduzmur. Bu uğurlu seriyanın sirri nədir? 
- Hər işdə xeyir var. Qismətimizdə bu seriya var idi. Uşaqlar meydanda əziyyət çəkirlər. Həmişə onlara deyirəm ki, Allah çəkdiyimiz əziyyətin bəhrəsini verəcək. Mehriban, döyüşkən kollektiv yaratmışıq. 

Şamaxıda heyətlər bəlli oldu AFFA klubları cərimələdi "Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib “Qarabağ” – “Neftçi” matçına böyük maraq – Tribunaların dolacağı gözlənilir Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə IV turun oyunları baş tutacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью