Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XVII turunun “Qarabağ” – “Kəpəz” oyunundan (0:2) sonra meydan qonaqların baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
"Qarabağ" ilə oyundan sonra komandamızın baş məşqçisi Azər Bağırovun açıqlamaları: "Əvvəla fürsətdən istifadə edib "Qarabağ"ı Çempionlar Liqasındakı qazandığı qələbə münasibətilə təbrik edirəm. Komanda üçün Avrokubok yolu bundan sonra da davam edər və yaxşı nəticələr qazanar. Bu matça gəlincə, "Qarabağ"a qarşı oynadığımız üçün nə qədər çətin olacağını bilirdik. "Qarabağ"ın əsas və ya ehtiyat heytəninin fərqi yoxdur. "Qarabağ" ən top komandalardan biridir. Bunu Avropada da sübut edirlər. Maraqlı qarşılaşma alındı. Futbolçularımız yaxşı oynadılar, mübarizə apardılar. Azarkeşlərimizi, futbolçularımızı təbrik edirəm".