Azər Bağırov: İki fərqli hissə oynadıq

22.11.2024

Icma.az, Operativmedia saytına istinadən bildirir.

"Operativ Media" xəbər verir ki, "Araz-Naxçıvan" ilə oyundan sonra "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb.

"Komandamıza dəstəyə görə Gəncə azarkeşlərinə təşəkkür edirəm. Bizi final fitinə qədər dayanmadan dəstəklədilər. Tovuzlu azarkeşlərə də minnətdarlığımı çatdırıram. Matça gəlincə, iki fərqli hissə oynadıq. İlk yarıda istədiklərimiz alınmırdı. Bəzi dəyişikliklər etdik. Birinci hissənin təhlili ikinci 45 dəqiqədə bəhrəsini verdi. Sadəcə olaraq qol vura bilmədik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью