Azər Bağırov: İkinci yarıda aqressivliyi artırıb, daha yaxşı oynadıq

15.12.2024

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Kəpəz" Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə etdiyimiz texniki səhvlərın nəticəsində birinci hissədə qapımızda iki qol gördük. İkinci yarıda aqressivliyi artırıb, daha yaxşı oynadıq. Qol epizodlarımız oldu. Oyun heç-heçə də bitə bilərdi. Reallıqlarla barışmaq və hər bir vəziyyətə hazır olmaq lazımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью