Azər Bağırov Kəpəz dən getdi Rəsmi

30.05.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi

"Kəpəz"lə müqaviləsi başa çatan baş məşqçi Azər Bağırov komandadan ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisinin açıqlamasında bildirilib ki, məşqçi ilə razılıq əldə olunmayıb: "Müqavilə müddəti başa çatan baş məşqçimiz Azər Bağırovla yeni anlaşma əldə olunmayıb. Mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azər Bağırova klubumuzda çalışdığı müddətdə göstərdiyi əməyə və komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik". 

Qeyd edək ki, Azər Bağırov ötən ilin oktyabr ayından "Kəpəz"i çalışdırırdı. Onun təyinatından sonra komanda toparlanaraq uğurlu çıxış edib və Premyer Liqada qalmağı bacarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью