Azər Bağırov Kəpəzdən gedir? Özü açıqladı

23.12.2024

News24 saytına istinadən Icma.az xəbər verir.

Bir müddətdir ki, Şahin Diniyevin "Kəpəz"ə baş məşqçi gətiriləcəyi ilə bağlı xəbərlər dolaşır.

News24.az xəbər verir ki, hətta klub prezidenti İlqar Nadiri Şahin Diniyevlə görüşüb, ilkin razılıq əldə edilməsi də deyilir.

Mövzu ilə bağlı Gəncə təmsilçisinin hazırki baş məşqçisi ilə əlaqə saxladıq. 

Bağırov saytımıza açıqlamasında bildirib ki, deyilənlər həqiqətə uyğun deyil, hər şey qaydasındadır. 

"Hətta qış transfer pəncərəsində bir neçə futbolçunun transferini düşünürük. İşimizin başındayıq", - deyə o qeyd edib. 

Xatırladaq ki, "Kəpəz" qış fasiləsinə 9-cu yerdə yollanıb.

Ağa Dadaşzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью