Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı

22.11.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 14-cü turunda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib. 

QOL.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib: "Komandamıza dəstəyə görə Gəncə azarkeşlərinə təşəkkür edirəm. Bizi final fitinə qədər dayanmadan dəstəklədilər. Tovuzlu azarkeşlərə də minnətdarlığımı çatdırıram. Matça gəlincə, iki fərqli hissə oynadıq. İlk yarıda istədiklərimiz alınmırdı. Bəzi dəyişikliklər etdik. Birinci hissənin təhlili ikinci 45 dəqiqədə bəhrəsini verdi. Sadəcə olaraq qol vura bilmədik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью