Azər Bağırov: Komandam yaxşı mübarizə apardı

09.02.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Kəpəz" Misli Premyer Liqasının XIX turunda "İmişli"yə qarşı yaxşı mübarizə aparıb.

Fanat.Az xəbər verir ki, bunu Gəncə klubunun baş məşqçisi Azər Bağırov matçdan sonra mətbuat konfransında bildirib.

"İmişli"nin oyunlarını izləmişdik. Burada oynamağın çətin olacağını bilirdik. Rəqib daha çox fiziki oynuna üstünlük verir. Komandam yaxşı mübarizə apardı. 4 gün əvvəl çətin kubok oyunumuz olmuşdu. Şükür ki, matçı zədəsiz başa vurduq və 1 xal qazandıq. İrəli baxacağıq, qarşıda bizi çətin oyunlar gözləyir".

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində baş tutan "İmişli" - "Kəpəz" matçı qolsuz heç-heçə ilə yekunlaşıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью