sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Zirə" ilə oyun çətin keçəcək. Yaxşı hazırlaşırıq. Bu matçda əlimizdən gələni edəcəyik. Hədəfimiz bəllidir. Maksimum nədirsə, ona da nail olmağa çalışacağıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis Gəncə təmsilçisinin yeni transferi haqqında da danışıb: "Məncə, Yusif İmanovun komandaya qoşulması yaxşı haldır. Bu, həm Azərbaycan millisi, həm də "Kəpəz" üçün yaxşıdır".
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının 13-cü turunda bu gün "Zirə" ilə üz-üzə gələcək.