Azər Bağırov: Matç heçheçə də yekunlaşa bilərdi İdman və Biz

15.12.2024

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Daha yaxşı hazırlaşmalıyıq. Hər bir vəziyyətə hazır olmaq lazımdır".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib "Neftçi" ilə oyundan sonra deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının 17-c turunda səfərdə 1:2 hesablı məğlubiyyəti şərh edib: "Oyuna yaxşı hazırlaşmışdıq. Birinci hissədə etdiyimiz texniki səhvlərdən qapımızda iki qol gördük. İkinci hissədə daha aqressiv oynadıq. Mənə elə gəlir ki, yaxşı mübarizə apardıq. Qol epizodlarımız oldu, çox fərqlənə bilərdik. Matç heç-heçə də yekunlaşa bilərdi. Amma reallıqlarla barışmaq lazımdır".

Qeyd edək ki, "Kəpəz" 10 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью