Azər Bağırov: “Məsələ səhvlərdən dərs çıxarmaqdır”

29.11.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XIII turunun “Şamaxı” – “Qəbələ” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis əvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

"Ardıcıl məğlubiyyətlərdən sonra komandada məyusluq var idi. Bu gün futbolçularda qələbə arzusunu gördüm. İstədiyimiz oyunu sərgiləyə bildik. Üzərimizdən bir az da olsa, təzyiqi azalda bildik".

– Bualinin “açar oyunçu” olduğunu düşünürsünüz?
– Bualinin keyfiyyətlərini bilirik. Onun meydanda bəzi missiyaları var. Rahat oynayanda bacardığını edə bilir. Bu gün də ən yaxşı futbolçulardan biri idi.

– Qələbələr autsayderlər üzərində əldə edilir. Daha yaxşı kollektivləri nə üçün məğlub etmək olmur?
– “İmişli” ilə matçda qələbəni son dəqiqədə əldən verdik. Bundan sonra “Sabah”, “Qarabağ”, “Zirə”yə qarşı oyunlarımız oldu. Ən çox bəyəndiyim “Sabah”, “Turan Tovuz” və “Neftçi”yə qarşı matçlarımız idi. Məsələ səhvlərdən dərs çıxarmaqdır.

– Qarşıdakı 4 oyununuz da burada olacaq və rəqiblər aşağı pillədə yer alan kollektivlərdir. Avrokubok zonasına qalxa biləcəksiniz?
– Hamı bizə üç xal kimi baxır. Amma biz elə deyilik, qarşımızda məqsəd var. Oyundan-oyuna düşünürük. Sonda harada olacağımızı görəcəyik.

Şamaxıda start heyətlər bəlli oldu Dambrauskas: “Azərbaycanda qlobal problemlərdən biri…” Yuri Maksimov: “Problemlərimiz var” “Sabah”dan inamlı qələbə - YENİLƏNİB Azər Məmmədov: “Bunu edə bilmədiyimiz üçün emosional idim”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью