Sportal.az saytına istinadən Icma.az xəbər verir. "Kəpəz" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Şamaxı"ni 1:0 hesabı ilə məğlub edi
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallar
Maraqlı oyun alındı. Penaltini yerinə yetirə bilmədik. "Şamaxı"nın döyüşkən komanda olduğunu bilirdik.
Səfər oyunu olmasına baxmayaraq, uşaqlar rəqibdən çəkinmədilər. Futbolçularım döyüşdülər və qələbə qazandıq.
- Bu qələbənin psixoloji cəhətdən komandaya faydası olacaq? - Artıq 7-ci oyundur ki, komanda mübarizə aparır, yaxşı oynayır.
Motivasiya baxımından heç bir problemimiz yoxdur. Sadəcə konsentrasiya itməməlidir. Oyun paltardəyişmə otağında bitir.
Ən önəmli olan şey odur ki, son saniyəyə kimi vuruşmalısan. Qələbə əziyyətlə gəlir. - Orxan Əliyevin ehtiyatda qalmasının səbəbi nə idi?
- Taktiki dəyişiklik idi. Karim Lkoça rəqibi daha çox üzərinə çəkirdi və cinahlarımız üçün yol açılırdı.