Azər Bağırov Qarabağla oyunu və toplanışı dəyərləndirdi | Icma.az
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov ötən gün “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyun və qış təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında belə deyib: “Meydana hər iki hissədə fərqli heyəti buraxmışdıq.
Futbolçularımızın daha çox təzyiqdə oynamasını istəyirdik. Hamının 45 dəqiqə meydanda olmasına baxmayaraq yükləmələri daha çox götürməsi vac
Bilirsiniz ki, heyətimiz elə də geniş deyil. Ona görə oyunçuların belə vəziyyətdə mübarizə aparması düşünülmüşdü.
Bu, onların həm fiziki, həm də mənəvi tərəfdən performansını yaxşılaşdırması üçün idi.
Məncə, futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, mübarizədən xoşum gəldi.
Yanvarın ilk günlərindən komanda bir yerə yığılıb və məşqlərə başlamışıq.
Tam oxu
Xəbəri oxu