Azər Bağırov Sabah a qarşı qələbəni belə şərh etdi

08.05.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

“Kəpəz” bu gün Misli Premyer Liqasının 31-ci turunda çempion “Sabah”ın qonağı olub.

Fanat.Az xəbər verir ki, oyundan sonra “sarı-göylər”in baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

Bağırov 1:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

“İlk olaraq “Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Ölkəmizi Avropada uğurlu təmsil etsinlər. Səhv etmirəmsə, 22 oyundur məğlub olmayan komandaya qalib gəldik. Qarşılaşmaların taleyini demək olar ki, ilk hissədə həll edirdilər. Bizim qapımız qarşısında da epizodları oldu. Yusif İmanova təşəkkür edirəm, yaxşı seyvlər etdi. Ümumilikdə, futbolçularımı təbrik edirəm”.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью