futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Şamaxı” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Oyunun çətin olacağını bilirdik. Rəqib ötən tur uduzmuşdu və bilirdik ki, ciddi hazırlaşacaqlar. Etmək istədiyimiz səhvlərə yol verdik. Düzdür, hər şeydə bir xeyir var. İstəmədiyimiz məğlubiyyəti yaşadıq. Rəqibi təbrik edirəm. İkinci dövrə yeni başlayıb, qarşıdakı oyunlara hazırlaşacağıq. İnanıram ki, işin öhdəsindən gələcəyik.
– Komanda sanki “Qarabağ” qələbəsindən sonra eyforiyada idi…
– Ola bilər, işimizi görmüşdük, amma beyində hansısa cücərtilər qala bilər. İnkar etmək düzgün olmaz. Neçə gün idi, bu haqda danışırdıq. Ucuz səhvlər etdik, itirdiyimiz toplardan qollar vurdular.
– İki fərqli hissə gördük. Fasilədən sonra komanda daha istəkli idi. Birinci hissədən sonra nə dəyişdi?
– Səhvlərimiz ortadakı boşluqlar idi. Bunu görürdük. Futbolda qaydalar var və onu pozmaq olmaz. Pozdunsa, rəqib səni cəzalandırır. İkinci hissədə boşluqları bağlamağa çalışdıq. “Şamaxı” əks-hücumda yaxşı oynayan komandadır. Rəqibi səhv etməyə məcbur edir. Biz də topu verdik ki, vursunlar…
– “Qarabağ”dan sonra belə məğlubiyyət qələbənizə şübhə yaratmır?
– Oyundur, bəzən alınmaya bilər. “Qarabağ”la oyunda çox komanda üzərində təzyiq olmur. Uduzanda da problem yaşamırsan. Amma bugünkü matç daha təzyiqli idi. Futbolçular bunun öhdəsindən gələ bilmədi. “Qarabağ”la oyunda nəticəyə görə hansısa təzyiq yaranmır. Amma bu gün “Şamaxı” ilə oyunda təzyiq çox idi. Çünki turnir cədvəlində bir-birimizə yaxın mövqedəyik.
– Matenin oyununu necə dəyərləndirirsiniz?
– Yaxşı. Necə olacağını zaman göstərəcək.
– Məğlubiyyətdə xeyir nədir?
– Oyunu təhlil edəcəyik. Səhvləri azaltmağa çalışacağıq. Bu gün pis futbol oynamadıq, xüsusilə, ikinci hissədə. Sadəcə hər iş səhvlərin nəticəsində olur. Dərs çıxarmaq lazımdır.
– Qapıçı komandanın yarısıdır. Sizdə necədir?
– Yusif İmanov neçə müddət oynamayıb. İndi pis çıxış etmir, səhvlər var, düzdür, amma aradan qaldırmağa çalışır.
– Qapıçı axtarışındasınız?
– Xeyr. Yolumuza belə davam edirik, gündəmdə deyil.
– Verdaşka səhvlərə yol verdi. Bu, nə ilə bağlıdır?
– Müdafiəçilərdə səhv axtarmaq işin sonudur. Mövqe səhvləri ola bilər, lakin səhv başqa yerdən başlayır. Taktiki tapşırıqlar olur. Futbolçuların daha geniş açılmasını istəyirik. Lakin qol müdafiədən sonra vurulur deyə, hamı səhvi orda görür. Bizim bir matçımız vardı, qoldan sonra hamı Xvalkonun üstünə düşmüşdü ki, səhv edib. Amma analiz edəndə gördük ki, başqa bir futbolçu üç dəfə səhv edib və sonra qol olub. Bu gün qol epizodunun birində Ohori topu itirdi, rəqib gəldi və qol vurdu. Məsələ genişdir. Tək bir oyunçunun üstünə düşmək olmaz.
– Müdafiədə yeni oyunçuya ehtiyac var?
– Müdafiəçilərdən daha çox onların qarşısındakı futbolçulardan şikayətliyəm. Mamadu Ba ortada səhv etdi, rəqibin mərkəz müdafiəçisi gəlib qol vurdu. Deməli, ortrada səhv var ki, müdafiəçi fərqlənir. Bəzən nəticə qazanmaq üçün hər şeyi etməlisən. Bu gün vingerlərimiz ilk hissədə oynamadı. Məncə, səhvlər ordan başladı.
– Qarşıda kubok oyunu da var. İndiki məqamda Premyer Liqanı daha çox düşünürsünüz?
– Futbolçular 4-5 gündən bir oynamağa qadirdir. Əlimizdə oyunçular var, rotasiyalar edə bilərik. Hər iki yarışda yolumuza davam etmək istəyirik.
Şahin Cəfərov