sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Heç olmasa 2 qol vurmalı idik. Oyuna yaxşı başladıq.
İlk dəqiqələrdən hakim qərarsızlığı oyunumuza yaxşı təsir göstərmədi. Əks-hücumda qol buraxdıq. Üzücü oyun oldu. "Zirə"ni təbrik edirəm.
Sport24.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 15-ci turunun "Zirə" ilə oyunundan sonra mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb. - Oyunun əvvəlində Ehtiram Şahverdiyevə qarşı kobulduq olan epizodun təkrarını izləmisiz?
- Əlbəttə baxmışıq. Rəqib Ehtiramı yüz faiz dartır, vurur. Hakimlər zəif komandalarda qarşı hansısa qərarı verəndə düz olurlar.
Bu barədə danışmaq istəmirəm. Danışanda əzilmiş kimi sayılırıq. - Luis Paçunun zədələnməsi oyununuza təsir etdi? - Deməzdim.
Orxan Əliyevin yüz faizli 3 epizodu oldu. O epizodlardan maksimum yararlanmalı idi. Həmişə demişəm, oyuna köklənmək çox önəmlidir.
Həmin epizodlarda konsentrasiya istənilən kimi deyildi. - Komanda 9-cu pillədədir. Qışda nələri dəyişmək istəyirsiz?