Azər Bağırov Sumqayıt üzərində qələbəni belə şərh etdi

11.05.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Misli Premyer Liqasının 34-cü turunda “Sumqayıt” ilə qarşılaşan "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, Tovuzda 1:0 hesabı ilə qalib gəldikləri görüşlə bağlı belə danışıb:
“İnanıram ki, hər iki hissə hamının xoşuna gəldi. Baxmayaraq ki, Premyer Liqada qalmağı təmin etmişik, dünən axşam da, bu gün də danışığımız olmuşdu ki, hər bir oyun “Kəpəz” futbolçularının həyatında bir səhifədir. Və biz bu oyunlarda maksimum yaxşı çıxış edib, yaxşı nəticələr qazanmaq istəyirik. Sağ olsun uşaqlar da, yaxşı mübarizə apardılar. “Kəpəz” camiəsini təbrik edirəm”.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью