futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Kəpəz”in yeni baş məşqçisi məlum olub.
Gəncə təmsilçisinin “sükanı” Azər Bağırova tapşırılıb. Mütəxəssis “Futbolpress.az“a açıqlamasında təyinatı təsdiqlədi.
Bağırov ötən ilin sentyabrından bu ilin yayına kimi “Kəpəz”i çalışdırıb. Komanda onun rəhbərliyi altında ötən mövsüm elitada yerini təmin edib. Mövsüm bitəndən sonra mütəxəssislə yollar ayrılmış və “sükan” Adil Şükürova tapşırılmışdı.
“Kəpəz” bu mövsüm Şükürovun rəhbərliyi altında Premyer Liqada 5 turdan sonra xal qazanmadığı üçün mütəxəssislə müqaviləyə xitam verilmişdi. Gəncə təmsilçisi 5-cı tura Xaliq Mərdanovun rəhbərliyi altında çıxmış və “Turan Tovuz”a 0:3 hesabıyla uduzmuşdu.
Şahin Cəfərov