Azər Bağırov: “Yuxarı qalxsaq, bizim uğurumuz olacaq” İdmanXəbər

08.12.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Heç olmasa 2 qol vurmalı idik. Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən hakim qərarsızlığı oyunumuza yaxşı təsir göstərmədi. Əks-hücumda qol buraxdıq. Üzücü oyun oldu. “Zirə”ni təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 15-ci turunun “Zirə” ilə oyunundan sonra mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Oyunun əvvəlində Ehtiram Şahverdiyevə qarşı kobulduq var idi. Rəqib Ehtiramı yüz faiz dartır, vurur. Hakimlər zəif komandalarda qarşı hansısa qərarı verəndə düz olurlar. Bu barədə danışmaq istəmirəm. Danışanda əzilmiş kimi sayılırıq.

Klubun strategiyası Premyer Liqada qalmaqdır. Yuxarı qalxsaq, bizim uğurumuz olacaq. Çox işləmək, səhvləri minimuma endirmək lazımdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью