Azər Bağırovdan gəncəli azarkeşlərə jest

29.09.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Kəpəz" klubunun iki azarkeşi polis tərəfindən saxlanılıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, bunlar "KapazUltras" və "Xəmsə" fan klublarının üzvlədir.

Hər iki fanat "Turan Tovuz"la matçda oturacağı sındırdığı üçün Suraxanı rayon polis idarəsinə aparılıb. 

Gəncə təmsilçisinin mühafizəçisi məsələyə müdaxilə etsə də, nəticəsiz qalıb.

Yalnız "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırovun vasitəçiliyi ilə iki fanat idarədən çıxıb.

Qeyd edək ki, "Kəpəz" "Azersun Arena"dakı qarşılaşmada "Turan Tovuz"a üç cavabsız qolla uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью