Azər Bağırovun əvəzinə Şahin Diniyev? EKSKLÜZİV

23.12.2024

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Qış fasiləsində "Kəpəz"də baş məşqçi dəyişikliyi ola bilər. Sport24.az-a daxil olan məlumata görə, "sarı-göylər"in rəhbərliyi komandanın "sükanını" Şahin Diniyevə tapşırmaq istəyir.

Redaksiyamıza ötürülən informasiyaya əsasən, klubun İdarə Heyətinin sədri İlqar Nadiri məsələ ilə bağlı artıq 2 dəfə Diniyevlə görüşüb. Görüşlər paytaxtdakı restoranların birində baş tutub.

"Sumqayıt"la matçdan sonra komandanın hazırkı çalışdırıcısı Azər Bağırovun sosial şəbəkədə azarkeşlərlə bağlı etdiyi duyğusal paylaşım da məhz bundan qaynaqlanır. Bağırov mətbuata açıqlamasında etiraf etməsə də, məsələdən xəbərdardı.

Qeyd edək ki, Azər Bağırov cari mövsümün gedişində, daha dəqiq desək,  VI turda "Kəpəz"in baş məşqçisi təyin olunub. O, bu postda Adil Şükürovu əvəzləyib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью