futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Şamaxı”nın yay təlim-məşq toplanışı zamanı rəqiblərindən daha biri məlum olub.
Futbolpress.az xəbər verir ki, “şirlər” “Kəpəz”lə qarşılaşacaq.
Qarşılaşma iyulun 20-si Qəbələ şəhər stadionunda keçiriləcək. Bu, “Şamaxı”nın yeni baş məşqçisi Azər Bağırovun ilk sınağı olacaq. Bağırov məhz “Kəpəz”dən ayrılandan sonra bölgə klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, “Şamaxı” avqustun 4-də “Qəbələ” ilə yoxlama oyunu keçirəcək.