Azər Əliyev sabiq klubuna qayıtdı

11.12.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin sabiq futbolçusu Azər Əliyevin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Yenisey”ə keçib. Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Əliyevlə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Azər daha əvvəl 2013-2017-ci illərdə “Yenisey”in formasını geyinib.

Müdafiəçi 2022-ci ilin yanvarından bu ilin yayına kimi “Neftçi”də çıxış edib. O, Azərbaycan yığmasında bir oyuna çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью