Azər Əmiraslanov: Azərbaycanda xidmət sektoru məşğulluğun artırılması üçün əsas potensial …
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda qeyri-neft sektoru, xüsusilə xidmət sektoru məşğulluğun artırılması üçün əsas potensial sahələrdən biridir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov Bakıda keçirilən Karyera İnkişaf Forumunda deyib.
"Ölkəmizin iqtisadi inkişaf prioritetləri davamlı və dayanıqlı iqtisadi artımı hədəfləyir.
Neft-qaz sektorunun məşğulluqda payı çox azdır – cəmi 0,6 % təşkil edir. Bu səbəbdən qeyri-neft sektorunun inkişafı vacibdir", - A.
Əmiraslanov deyib. Komitə sədri dövlət-özəl tərəfdaşlığının iqtisadi inkişafda mühüm rol oynadığını qeyd edib.
O, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərən qurumların fəaliyyətinin iqtisadi artıma və məşğulluğun təmin edilməsinə müsbət təsir göstərdiyini vurğulayıb: "Özəl sektorun təşəbbüskar fəaliyyəti dövlət tərəfindən dəstəklənməlidir.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının iştirakı bu sahədə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin bariz nümunəsidir".
Tam oxu
Xəbəri oxu