Azər Əmiraslanov: Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək

25.11.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan hökumətini gələn il reallaşdıracağı sosial paket təxminən 3 milyon insanı əhatə edəcək.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.

"2025-ci ildə çoxşaxəli artımları nəzərdə tutan sosial paket həyata keçiriləcək. Minimum əməkhaqqının və minimum pensiyanın artırılması nəzərdə tutulur. Eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Əhalinin rifahı ilə bağlı dövlət siyasəti özünü büdcənin təkcə sosial deyil, digər xərc istiqamətlərində də biruzə verir", - deyə o qeyd edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью