Azər Əmiraslanov: Son illər təsdiq edilmiş dövlət büdcələri miqyasca artım dinamikasına ma…
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Son illər təsdiq edilmiş dövlət büdcələri miqyasca artım dinamikasına malikdir".
Oxu.Az xəbər verir ki, bu fikirlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi barədə səsləndirdiyi rəydə əksini tapıb.
Deputat bildirib ki, son illər təsdiq edilmiş dövlət büdcələri miqyasca artım dinamikasına malikdir: "Hər şeydən əvvəl, ötən ilin dövlət büdcəsi dürüstləşdirilmiş büdcədir.
Xatırlatmaq istərdim ki, 2024-cü il büdcəsinə həmin ilin iyun ayında yenidən baxılmaqla onun xərcləri ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 8.1 faiz və ya 3 milyard manata yaxın artırılmışdır.
Büdcə dəyişikliyini proqnozdan artıq vergi daxilolmaları və artan maliyyə ehtiyaclarımız şərtləndirib.
Ötən ilin maliyyə sənədi həm də artan büdcə kimi xarakterizə olunur. Belə ki, o həm proqnoza, həm də əvvəlki ilə nisbətən artıb.
Ümumiyyətlə, son illər təsdiq edilmiş dövlət büdcələri miqyasca artım dinamikasına malikdir.
Tam oxu
Xəbəri oxu