Azər Həşimov getməmiş “sükanı” başqasına verdilər Video

29.11.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Premyer Liqanın 13-cü turunda “Karvan-Yevlax”ı meydana baş məşqçi kimi Füzuli Məmmədov çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, o, klub tərəfindən rəsmi şəkildə açıqlanmasa da, hazırda komandanın “sükanı arxası”ndadır.

Yevlax klubunun qeyri-peşəkar şəkildə bu cür addım atması maraqlıdır. Komandanın baş məşqçisi Azər Həşimov postundan istefa vermədiyi halda meydana başqa məşqçinin rəhbərliyi altında çıxması suallar doğurur.

Azər Həşimov isə klub tərəfindən istefaya göndərilsə də, təzminat tələb edir və müqaviləsini pozmur. Klub rəhbərliyi də təzminatı ödəməkdən imtina edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью