Azər Həşimov: Heç kim Karvan a 3 xal gözüylə baxmasın

27.09.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının VI turunun "Neftçi" - "Karvan-Yevlax" matçından (0:0) sonra qonaqların baş məşqçisi Azər Həşimovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Bu gün anım günüdür. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Oyuna gəldikdə, "Neftçi"nin gücü hamıya bəllidir. "Sumqayıt"la oyunlarını təhlil etmişdik. Fərdi keyfiyyəti yüksək oyunçuları var. Onların da qarşısını almağa çalışdıq. Müdafiədən oynayıb, əks-hücumda oynamağı planlaşdırmışdıq. Futbolçularımız əzmkar mübarizə apardılar. Ən azından 1 xal qazanmaq istəyirdik. Bunu da etdik. Futbolçularımı təbrik edirəm. "Neftçi"yə uğurlar arzulayıram".

- Bir həftə əvvəl "İmişli"yə 0:3 hesabı ilə uduzdunuz, bu gün "Neftçi" ilə 0:0 oynadız. Sizin üçün "İmişli" "Neftçi"dən çətin rəqibdir?
- Elə deməzdim. Sadəcə 3 oyundur ki, birinci hissədə və standart vəziyyətlərdən qol buraxırdıq. Bu həftə həmin səhvlər üzərində çalışdıq. "İmişli"yə uduzduqdan sonra futbolçularla söhbətləşdik. Biz ardıcıl 2 oyunda 4 xal qazandıq. "Qarabağ"a 0:2 uduzsaq da, futbolçular yaxşı oynamışdı. Zədəlilərimiz də var. Çalışdıq ki, onların yerini dolduraq. Komandanı silkələdik ki, toparlanmaq lazımdır. Heç kim "Karvan"a üç xal kimi baxmasın.

Şamaxıda qollu sülh - YENİLƏNİB Aqil Nəbiyev: “Qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik” - VİDEO Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak edib - FOTO Millimiz MDB Oyunlarına qələbə ilə başladı III MDB Oyunları: Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью